Messi: “Üzr istəməli olduğum bir şey yoxdur”
01.12.2022 - 14:23
Messi: “Üzr istəməli olduğum bir şey yoxdur”

“Bu, anlaşılmazlıqdır”.

Apasport.az saytının məlumatına görə, bunu Argentina millisinin futbolçusu Lionel Messi deyib.

35 yaşlı hücumçu DÇ-2022-nin qrup mərhələsinin II turunun Meksika ilə oyunundan sonra yaşanan futbolka qalmaqalına münasibət bildirib. Messi baş verənlərə görə üzr istəməli olmadığı qənaətindədir: “Məni tanıyan hər kəs bilir ki, mən heç kimə qarşı hörmətsizliklə yanaşmıram. Oyunlardan sonra soyunub-geyinmə otağında belə hallar olur. Üzr istəməli olduğum bir şey yoxdur. Çünki mən meksikalılara və ya onların yığmasının futbolkasına hörmətsizlik etməmişəm”.

Qeyd edək ki, qarşılaşmadan sonra soyunub-geyinmə otağında qələbəni bayram edən Argentina yığmasının kapitanı döşəmədə olan Meksika millisinin formasını ayağı ilə uzaqlaşdırıb. Bu səhnənin videosu yayıldıqdan sonra geniş müzakirələrə səbəb olub.
 

writer photo
Əlirza Əlirzalı
0