Felpsin rekordu təzələndi
23.07.2023 - 17:37
Felpsin rekordu təzələndi

Yaponiyada keçirilən üzgüçülük üzrə dünya çempionatında yeni dünya rekordu qeydə alınıb.

Apasport.az saytı xəbər verir ki, əfsanəvi Maykl Felpsin nəticəsi yenilənib.

Bu uğuru fransalı Leon Marşan imza atıb. O, 400 m məsafəyə kompleks üzmədə 4.02,50 nəticə göstərib. Bununla da, Leon 23 qat Olimpiya, 26 qat dünya çempionu Felpsin nəticəsini yaxşılaşdırıb. Əvvəlki rekord (4.03,84)  Pekin-2008 Olimpiadasında qeydə alınmışdı. 

Qeyd edək ki, Marşana qızıl medalı məhz Felps təqdim edib.
 

writer photo
Əlirza Əlirzalı
0