Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün qardaşı Orkun Kökçü maraqlı addımla diqqət çəkib.
Apasport.az saytının məlumatına görə, “Feyenoord”un yarımmüdafiəçisi Niderland Erediviziyasının X turunda “Alkmaar”la səfər matçında kapitanlıq sarğısından imtina edib.
Komandanın əsas kapitanı olan 22 yaşlı pleymeyker sarğının göy qurşağı rəngində olmasına narazılığını bildirib. Dini inanclarına görə LGBT əleyhinə olan Türkiyə yığmasının üzvü bunu dəstəkləyən rənglərə bürünən sarğıdan imtina edib. Nəticədə komandanı meydana kapitan kimi müdafiəçi Gernot Trauner çıxarıb.
Qeyd edək ki, “Feyenoord”un 3:1 hesabı ilə qalib gəldiyi görüşdə Orkun Kökçü 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.