AFFA-da seminar keçirilib
08.04.2024 - 17:17
AFFA-da seminar keçirilib

AFFA-nın inzibati binasında seminar keçirilib.

Apasport.az xəbər verir ki, seminar AFFA və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə Azərbaycan Premyer Liqasında mübarizə aparan komandalar və onların əvəzediciləri, o cümlədən I Liqa klublarının tibb heyətləri üçün “Antidopinq maarifləndirmə” mövzusunda baş tutub.

Tədbirdə AMADA-nın antidopinq məsələləri üzrə nümayəndəsi ilə AFFA-nın həkimi və dopinq nəzarəti üzrə kuratoru Olcay Bayramov çıxış ediblər.

writer photo
Əlirza Əlirzalı
0