Belhanda Adanadan getdi
29.12.2023 - 12:31
Belhanda Adanadan getdi

“Adana Dəmirspor” aparıcı futbolçusu ilə yolları ayırıb.

Apasport.az xəbər verir ki, klubdan verilən açıqlamada Younis Belhanda ilə müqavilənin ləğv olunduğu bildirilir.

33 yaşlı yarımmüdafiəçi ilə keçirilən görüşlər sonunda Adana təmsilçisi bu addımı atıb. Mərakeş  millisinin də formasını geyinən orta xətt oyunçusunun xüsusilə son dövrlərdəki davranışı klub daxilində narazılıqla qarşılanırdı. 2021-ci ildən “Adana Dəmirspor” klubunda çıxış edən Belhanda bu mövsüm 20 matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Yeri gəlmişkən qeyd edək ki, komanda rəhbərliyi daha bir əcnəbi futbolçunun müqaviləsinə xitam verməyə hazırlaşır. Super Liqa klubu Kevin Rodriqeslə qarşılıqlı anlaşma əldə edə bilsə, 29 yaşlı yarımmüdafiəçi ilə də yolları ayıracaq.
 

writer photo
Əlirza Əlirzalı
0