DÇ-2022 ilə bağlı daha bir qeyri-adi mərc üzə çıxıb.
Apasport.az saytının məlumatına görə, proqnozsevərlərdən biri Mərakeşin çempion olacağına pul qoyub.
Nigeriyalı better bunun üçün 15 min nairasından (57,25 manat) keçib. O, hələ qrup mərhələsi davam etdiyi vaxt Hakim Zieş və Hakim Əşrəfinin lideri olduğu komandada çempionluq “işığ”ını görüb.
Həmin vaxt afrikalıların çempionluğu 125 əmsalla dəyərləndirilib. Bu mərcdən sonra Mərakeş əvvəl qrup qalibi olub, ardınca 1/8 finalı da adlayıb. Əgər bu komanda çempion olsa nigeriyalı 1 milyon 875 min naira (7 min 156,86 manat) qazanacaq.
Qeyd edək ki, Mərakeş 1/4 finalda Portuqaliya ilə qarşılaşacaq.