“Real”ın sabiq vingeri 4-cü liqa klubuna keçdi
24.07.2024 - 17:52
“Real”ın sabiq vingeri 4-cü liqa klubuna keçdi

“Real”ın sabiq futbolçusu Xose Kalyexonun yeni ünvanı məlum olub.

Apasport.az xəbər verir ki, 37 yaşlı vinger “Marrbelya” ilə razılaşıb. Bu barədə 4-cü liqa klubunun mətbuat xidməti məlumat yayıb. Onunla müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Kalyexon “Real”la İspaniya La Liqasını qazanıb. Daha sonra “Napoli”də çıxış edən cinah hücumçusu iki dəfə də İtaliya Kubokunun qalibi olub.

Kalyexon ötən mövsümü “Qranada” keçirib və La Liqada 25 oyunda meydana çıxıb.

writer photo
Əlirza Əlirzalı
0