İngiltərə Kubokunda daha 4 1/8 finalçı bilindi
08.02.2023 - 01:50
İngiltərə Kubokunda daha 4 1/8 finalçı bilindi

İngiltərə Kubokunda 1/8 final mərhələsinin daha 4 komandasının adına aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, ilk matçlarda qalibi müəyyənləşdirə bilməyən aşağı divizion komandaları arasında 4 təkrar cavab oyunu keçirilib.

"Bernli" "İpsviç"ə 2:1, "Flitvud" "Şefild Venzdey"ə 1:0, "Qrimsbi" "Luton"a 3:0 və "Şefild Yunayted" "Vrekshem"ə 3:1 qalib gələrək adlarını 1/8 finala yazdırıb.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək "Sanderlend" – "Fulhem" matçı ilə 1/16 finala yekun vurulacaq.

writer photo
Əlirza Əlirzalı
0