Millimizdən qolsuz sülh
14.11.2023 - 17:01
Millimizdən qolsuz sülh

19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib. 

Apasport.az xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu yığmamız Moldova ilə qarşılaşıb.

UEFA Millətlər Liqası formatında təşkil olunan turnirin qrup Sloveniyada baş tutub. B liqasının 3-cü qrupunun görüşü qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, millimiz bunadək Kosovoya 0:3, Sloveniyaya 0:9 hesabı ilə uduzub.
 

writer photo
Əlirza Əlirzalı
0