“Real” hücumçusunu 10 milyona satdı
25.07.2022 - 23:41
“Real” hücumçusunu 10 milyona satdı

“Real”ın futbolçusu Borxa Mayoral klubu tərk edəcək.

Apasport.az saytının məlumatına görə, hücumçu “Xetafe”yə keçəcək.

Onun transferi ilə bağlı iki klub arasında razılıq əldə olunub. Bu keçid 10 milyon avroya gerçəkləşəcək. Borxa ilə 5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Mayoral ötən mövsümü icarə əsasında “Xetafe”də keçirib.
 

writer photo
Əlirza Əlirzalı
0