Bellinqem zədələndi
01.12.2023 - 18:21
Bellinqem zədələndi

“Real”ın futbolçusu Cud Bellinqem zədələnib.

Apasport.az xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi komandasının məşqini yarımçıq tərk edib.

O, hazırlıq prosesində cəmi 10 dəqiqə iştirak edə bilib. Xəsarət aldıqdan sonra kənara çəkilən Bellinqem qısa müddətdən sonra yenidən qaçışla məşqə başlamağa cəhd edib. Lakin zədədən əziyyət çəkən futbolçu soyunub-geyinmə otağına yollanıb. Onun La Liqanın “Qranada” ilə görüşündə iştirakı sual altına düşüb.

Qeyd edək ki, cari mövsüm 16 oyunda 15 qol vuran Cud “Real”ın ən yaxşı bombardiridir.

writer photo
Əlirza Əlirzalı
0