Millimiz İtaliyaya qalib gəldi
02.05.2023 - 23:18
Millimiz İtaliyaya qalib gəldi

Azərbaycan Minifutbol Federasiyasının (AMF) təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 ilik yubileyinə həsr olunmuş beynəlxalq turnirdə ikinci gün arxada qalıb.

Apasport.az xəbər verir ki, millimiz bu gün İtaliya üzərində qələbə qazanıb.

İlk turda Çexiya komandası ilə heç-heçə oynayan futbolçularımız bu dəfə rəqib qapısından 2 cavabsiz top keçiriblər.

A qrupu
İtaliya  - Gürcüstan – 2:4
Serbiya – Çexiya – 2:2
Azərbaycan – İtaliya – 2:0

Azərbaycan – 4, Serbiya – 4, Gürcüstan – 3, Çexiya – 2, İtaliya – 0 xal.

B qrupu
Türkiyə – Ukrayna – 2:3
Qazaxıstan – CAR – 5:1
Türkiyə – Fransa – 0:4

Fransa – 6, Qazaxıstan – 6, Ukrayna – 3, Türkiyə - 0, CAR – 0 xal.
 

writer photo
Əlirza Əlirzalı
0