İlin oyunçusu adına namizədlər bəlli oldu
12.12.2023 - 22:10
İlin oyunçusu adına namizədlər bəlli oldu

"Globe Soccer Awards" ilin oyunçusu mükafatına namizəd finalçıların adları müəyyənləşib.

Apasport.az xəbər verir ki, yekun siyahıda 11 futbolçunun adı yer alıb:

Cud  Bellinqem, Vinisius Junior (hər ikisi "Real"), Kərim Benzema ("Əl-İttihad"), Kevin De Brüyne, Erlinq Haaland, Bernardo Silva (hər üçü "Mançester Siti"), Kilian Mbappe (PSJ), Lionel Messi ("İnter Mayami"), Viktor Osimhen (“Napoli”), Məhəmməd Salah (“Liverpul”), Kriştiano Ronaldo (“Əl-Nəsr”).

Qalibin adı 2024-cü il yanvarın 19-u açıqlanacaq.

Qeyd edək ki, mükafatın son sahibi "Əl İttihad"ın hücumçusu Kərim Benzemadır.

writer photo
Əlirza Əlirzalı
0