Kroos “Mançester Siti”nin hədəfində
06.12.2023 - 09:53
Kroos “Mançester Siti”nin hədəfində

Toni Kroos “Real”ı tərk edə bilər.

Apasport.az xəbər verir ki, almaniyalı yarımmüdafiəçi “Mançester Siti”nin maraq dairəsindədir.

İngiltərə klubu Kroosa ildə 15 milyon avro maaş vəd edir. Pep Qvardiola “Bavariya”da çalışdığı vaxtdan tanıdığı futbolçunu sərəncamında görmək istəyir.

Qeyd edək ki, Toni 2014-cü ildən “Real”da forma geyinir. 

writer photo
Əlirza Əlirzalı
0