“Əlimizə düşən şanslardan yararlanmalıyıq”
22.12.2023 - 11:51
“Əlimizə düşən şanslardan yararlanmalıyıq”

"Jirona” özü üçün vacib dövr yaşayır".

Apasport.az xəbər verir ki, bunu “Betis”in təcrübəli baş məşqçisi Manuel Pelleqrini deyib.

O, “Jirona” ilə oyunu şərh edib: “Müdafiədə ciddi oyun keçirməli və hücumda əlimizə düşən şanslardan yararlanmalıyıq. Evdə biz adətən aqressiv oluruq və həm də topu özümüzdə saxlamaq istəyirik”.

Qeyd edək ki, “Betis” 17 turdan sonra 27 xalla turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. “Jirona” 44 xalla liderdir
 

writer photo
Əlirza Əlirzalı
0