"Araz-Naxçıvan" Super Liqa təmsilçisinə qarşı
12.07.2024 - 13:00
"Araz-Naxçıvan" Super Liqa təmsilçisinə qarşı

İyulun 10-da Türkiyəyə yola düşən “Araz-Naxçıvan” hazırda məşqlərini Erzurumda keçirir.

Apasport.az xəbər verir ki, Elmar Baxşıyevin komandası ilk yoxlama oyununu iyulun 16-da “Alanyaspor”a qarşı keçirəcək.

Klubun mətbuat xidmətinin məlumatına görə, yeni transferlərdən Benni də artıq “qırmızı-ağlar”ın düşərgəsindədir. 

“Araz-Naxçıvan” yoxlanış çərçivəsində ümumilikdə 3 oyun keçirəcək.

Qeyd edək ki, “Alanyaspor”la oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
 

writer photo
Əlirza Əlirzalı
0