"Bavariya" Saneni vuran Maneni qovacaq
13.04.2023 - 00:41
"Bavariya" Saneni vuran Maneni qovacaq

"Bavariya" futbolçusu Sadio Maneni komanda yoldaşı Leroy Sane ilə münaqişəyə görə klubdan göndərəcək.

Apasport.az xəbər verir ki, Almaniya mətbuatının iddiasına görə, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Mançester Siti”yə uduzduqdan (0:3) sonra paltardəyişmə otağında Mane Saneni vurduğu üçün klubdan uzaqlaşdırılacaq.

Qeyd edək ki, Sadio Mane cari mövsümün əvvəlində "Liverpul"dan "Bavariya"ya keçib.

writer photo
Əlirza Əlirzalı
0