“Formula-2”: Sıralama yarışı bitdi
10.06.2022 - 17:11
“Formula-2”: Sıralama yarışı bitdi

“Formula-2” üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb.

Apasport.az saytının məlumatına görə, 11 komandanın 22 pilotu sabah keçiriləcək yarışın start xəttində ön sıralarda yer almaq üçün mübarizə aparıb.

Yarım saat davam edən sıralama turunda ən yaxşı nəticə göstərən Jüri Vips (“Hiteç Grand Prix”) sprint yarışında start xəttinə birinci pillədə başlamaq hüququ qazanıb.

O, 1:53.762-lik göstərici ilə yadda qalıb. Liam Louson (“Karlin”) və Dennis Xauqer (“Prema”) növbəti sürətli pilotlar olub.

Qeyd edək ki, “Formula-2”də ilk sprint yarışı sabah saat 13:30-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0