“Əl-Hilal”dan Osimhenə 130 milyon
30.07.2023 - 15:46
“Əl-Hilal”dan Osimhenə 130 milyon

“Əl-Hilal” Nigeriya yığmasının hücumçusunu transfer etmək istəyir.

Apasport.az saytı xəbər verir ki, “Napoli” ərəblərin ilkin təklifini rədd edib.

Ərəbistan klubu nigeriyalı forvarda 130 milyon avro ödəməyə hazırdır. Amma bu rəqəm “Napoli”ni qane etməyib. Klubun prezidenti Aurelio De Laurentis hücumçunu 200 milyon avroya satmaq istəyir. Düzdür, Osimhenin müqaviləsində satış qiyməti 160 milyon avro olması barədə maddə yer alıb. “Əl-Hilal” daha yüksək rəqəm təklif edərsə, planlar dəyişə bilər.

Qeyd edək, Viktor “Napoli”nin 33 il sonar İtaliya çempionu titulunu qazanmasında böyük pay sahibi olub. O, 32 oyunda 26 dəfə fərqlənib. 
 

writer photo
Əlirza Əlirzalı
0