"Kəpəz"in məşqçisi: "Üstünlüyümüzü qorumaq üçün təcrübə çatmadı"
31.08.2024 - 22:04
"Kəpəz"in məşqçisi: "Üstünlüyümüzü qorumaq üçün təcrübə çatmadı"

"Kəpəz" Azərbaycan Premyer Liqasının 5-ci turunda öz meydanında "Sabah"a 2:3 hesabı ilə məğıub olub.

Apasport.az xəbər verir ki, Gəncə təmsilçisinin məşqçisi Xaliq Mərdanov oyundan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Rəqibi qələbə münasibətilə təbrik edirəm. Komandanı 3 günə hazırlamışam. Bu müddət ərzində çox böyük iş görməmişik. Sadəcə motivasiyanı qaldırmışıq. Çalışırdıq ki, əks-hücumda oynayaq. İstəyimizə nail olmuşduq. Sadəcə təcrübə çatmadı ki, üstünlüyümüzü qoruyaq.

- Komadanın əsas problemi nədir?

- Elə böyük problem görmədim. Futbolçularda bir az ruh düşkünlüyü var. Onlara bildirdim ki, özlərinə inanmalıdırlar.

- Qələbə hesabını qoruya bilməməyinizin əsas səbəbi nədir?

- Bütün fubolçularsan razıyam. Hamı əlindən gələni etdi. Bayaq da deyimim kimi, təcrübə çatmadı. Rəqib daha tücrübəli olduğu üçün bizi cəzalandırdı. Onların ustalıq səviyyəsi də bizdən üstün idi.

writer photo
Əlirza Əlirzalı
0