Sabiq “Barselona”lı MLS-ə yollandı
20.08.2022 - 10:51
Sabiq “Barselona”lı MLS-ə yollandı

Uruqvaylı müdafiəçi Martin Kaseres karyerasını MLS-də davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, “Los Anceles Qalaksi” 35 yaşlı futbolçu ilə müqavilə imzalayacaq.

Kaseres “Levante” ilə müqaviləsi bitdiyi üçün iyulun 1-dən azad agentdir. O, gün ərzində yeni komandası ilə münasibətləri rəsmiləşdirəcək.

Qeyd edək ki, Martin Kaseres əvvəllər “Barselona”, “Yuventus”, “Latsio”, “Fiorentina”, “Sauthempton” kimi klublarda çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0