“Barselona” Xaviyə yeni müqavilə təklif edəcək
21.02.2023 - 11:55
“Barselona” Xaviyə yeni müqavilə təklif edəcək

“Barselona” baş məşqçisi Xavini saxlamaqda qərarlıdır.

Apasport.az saytı xəbər verir ki, klub 43 yaşlı mütəxəssisə mövsümün sonunda yeni müqavilə təklif edəcək. 

Kataloniya təmsilçisi Xavi ilə 2024-cü ilin yayında başa çatacaq razılaşmanı uzun müddətə artırmaq niyyətindədir.

Qeyd edək ki, 2021-ci ildə “Barselona”nın “sükanı arxasına” keçən məşqçi İspaniya Superkubokunu qazanıb. Hazırda isə La Liqada 59 xalla turnir cədvəlinə başçılıq edir. Onun komandası ən yaxın rəqibi “Real”ı 8 xal qabaqlayır. 

writer photo
Əlirza Əlirzalı
0