Qoretskaya “Mançester Yunayted”dən təklif
16.07.2023 - 17:59
Qoretskaya “Mançester Yunayted”dən təklif

“Mançester Yunayted” Leon Qoretska ilə ciddi maraqlanır.

Apasport.az-ın məlumatına görə, 28 yaşlı müdafiəçi ilə bağlı “Bavariya”ya təklif veriləcək.

Qoretskanın növbəti mövsümdə əsas heyətdə yer alması sual altındadır. Münhen klubunun baş məşqçisi Tomas Tuhel yarrımüdafiənin mərkəzində Konrad Laymer-Yozua Kimmix cütlüyünə şans verməyi planlaşdırır. Leonun transferə necə münasibət bəsləməsi barədə məlumat verilməyib. Futbolçunun transferinin 45-50 milyon avro olması gözlənilir.

Qeyd edək ki, Qoretskla ötən mövsümdə 40 oyunda 6 qol və eyni sayda ötürmə ilə yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0