UEFA Rusiyanın Asiyada çıxış etməsinin əleyhinə deyil
28.12.2022 - 22:56
UEFA Rusiyanın Asiya Futbol Konfederasiyasına (AFK) keçməsinin əleyhinə deyil.
Apasport.az xəbər verir ki, “Sport-Ekspress”in quruma yaxın mənbəyə istinadına görə, UEFA prezidenti Aleksander Çeferin Rusiya Futbol İttifaqının (RFİ) çıxarılmasını təsdiqləməyə hazırdır. AFK isə RFİ-ni qəbul etmək hüququna malikdir.
Bununla yanaşı, FIFA Rusiyanın himayəsi altında keçirilən beynəlxalq turnirlərdə iştirakına qoyulan qadağanı yaxın vaxtlarda aradan qaldırmaq fikrində deyil.
UEFA həmçinin RFİ-yə Aleksander Çeferinin rəhbərliyi altında yenidən Avropaya qayıtmağın çox çətin olacağını bildirib.
0
0