Merih Demiral 2 aylıq sıradan çıxdı
23.10.2023 - 20:58
Merih Demiral 2 aylıq sıradan çıxdı

Türkiyə millisinin üzvü əməliyyat olunub.

Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl Əhli” klubunda forma geyinən Merih Demiral sağ dizindəki zədə səbəbindən əməliyyat edilib.

25 yaşlı arxa xətt oyunçusunun iki ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Türkiyə millisinin də şərəfini qoruyan futbolçu bu mövsüm komandasının 5 matçında forma geyinib.

Qeyd edək ki, yayda “Əl Əhli”nın düşərgəsinə qoşulan Demiralın klubla müqaviləsi 2026-cı ilə kimi nəzərdə tutulub.

writer photo
Əlirza Əlirzalı
0