Duqlas Kosta "Fluminense"də
29.01.2024 - 00:24
Duqlas Kosta "Fluminense"də

Braziliyalı Duqlas Kosta vətəninə geri qayıdıb.

Apasport.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi "Fluminense" ilə müqavilə imzalayıb.

Futbolçunun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Kostanın son klubu ABŞ-nın “Los Anceles Qalaksi” klubu olub.

Qeyd edək ki, Avropada “Bavariya” və “Yuventus” klublarının şərəfini qorumuş Kosta peşəkar karyerası ərzində 512 matçda iştirak edərək, 76 qol və 107 məhsuldar ötürməyə imza atıb.

writer photo
Əlirza Əlirzalı
0