2 milyonluq MƏRC
14.03.2023 - 16:13
2 milyonluq MƏRC

Bukmeker kontorlarında növbəti böyük mərc qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, proqnozsevər Milli Hokkey Liqasının “Boston”la “Detroyt” arasında matçına təxmin verib.

Qarşılaşmanın əvvəlində qonaqlar iki qol vurub. Bundan sonra canlıda mərc edən better 2 milyon rublla (45 min manat) risk edib.

O, 6,5 Alt variantına üstünlük verib. Belə mərcin əmsalı 1,81 olub.

Bostonlular əzmkarlıq göstərərək 3:2 hesabı ilə qalib gəlib. Müştəri isə 3 milyon 620 min rubla (81 min 450 manat) sahib çıxıb.

writer photo
Əlirza Əlirzalı
0