“Sedan”ın hücumçusu Azərbaycan klubuna gəlir
05.07.2023 - 18:00
“Sedan”ın hücumçusu Azərbaycan klubuna gəlir

“Səbail”in heyətinə qatacağı futbolçulardan biri bəlli olub.

Apasport.az saytının məlumatına görə, Bakı klubu Aleksandr Ramalinqomun keçidini həll etməyə yaxındır. 

Baş məşqçi Şahin Diniyev Fransa vətəndaşı olan Madaqaskar əsilli legioneri sərəncamında görmək istəyir. Fransada “Sedan” klubunun formasını geyinən 30 yaşlı mərkəz hücumçusu “Səbail”ə keçidə razılıq verib. Forvardın yeni klubuna Türkiyə toplanışında qoşulacağı gözlənilir.

Qeyd edək ki, Ramalinqom “Sedan”a qədər “Ayaçço”, “Bezye”, “Virton” kimi klublarda forma geyinib.

writer photo
Əlirza Əlirzalı
0