Nəhslə gələn UDUŞ - 3706,81 əmsal
29.11.2022 - 01:42
Nəhslə gələn UDUŞ - 3706,81 əmsal

Bukmeker kontorlarında daha bir yüksək əmsallı uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, proqnozsevər 13 matça mərc edib.

Nəhs rəqəm ona düşərli olub. Better bütün görüşlərin əsas vaxtına ehtiyatlı proqnoz verib. Ən yüksək əmsalın 2,35 olduğu ekspress kuponun bütün təxminləri özünü doğruldub.

3706,81 əmsallıq variantda 9 futbol və 4 hokkey qarşılaşması yer alıb. DÇ-2022-nin iki oyununa da düzgün proqnoz verən better 100 rubl (2 manat 79 qəpik) qarşılığında 370 min 681 rubl (10 min 342 manat) uduşa sahib çıxıb.

writer photo
Əlirza Əlirzalı
0