“Barselona” daha bir müdafiəçi ilə razılaşdı
05.08.2022 - 11:53
“Barselona” daha bir müdafiəçi ilə razılaşdı

“Barselona” transfer çalışmalarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu daha bir oyunçunu heyətinə qatmaq üzrədir.

La Liqa təmsilçisi “Atletik”in müdafiəçisi İniqo Martinesi transfer etməyə yaxındır. 31 yaşlı oyunçunun keçidi ilə bağlı klublar arasında danışıqlar davam edir. Martinesin özü “Barselona” ilə şəxsi müqavilənin şərtlərini artıq razılaşdırıb.

Qeyd edək ki, mərkəz müdafiəçisi 2018-ci ildən “Atletik”də çıxış edir.

writer photo
Əlirza Əlirzalı
0