Nazim Süleymanovun Rusiya klubundakı vəzifəsi qaldırıldı
03.02.2023 - 23:38
Nazim Süleymanovun Rusiya klubundakı vəzifəsi qaldırıldı

Azərbaycanlı məşqçi Nazim Süleymanova Rusiyanın "Ximki" klubunda daha bir etimad göstərilib.

Apasport.az xəbər verir ki, 57 yaşlı məşqçi Ximki klubunun əvəzedici komandasına baş məşqçi təyin olunub.

Nazim Süleymanov daha əvvəl "Ximki"nin 19 yaşadək komandasını çalışdırırdı. O, ötən ilin sentyabrında bu vəzifəyə təyin olunmuşdu.

Qeyd edək ki, "Ximki" klubunun idman direktoru azərbaycanlı Anar Məmmədovdur.

writer photo
Əlirza Əlirzalı
0