“Biz şadıq ki, bu mərhələyə gəlmişik. Çünki hər bir futbolçu üçün Çempionlar Liqasının mərhələlərində oynamaq qüruruvericidir”.
Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Rakuv” klubunun futbolçusu Zoran Arseniç deyib.
29 yaşlı xorvatiyalı mərkəz müdafiəçisi Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la cavab oyununa həsr olunan mətbuat konfransında fikirlərini açıqlayıb. “Rakuv”un kapitanı bildirib ki, sabah öz oyunlarını göstərməyə hazırdırlar: “Hər oyunda, Çempionlar Liqasındakı bütün mərhələlərində olduğu kimi, penaltilərə də hazırlaşmışıq. “Qarabağ”la oyunun gedişatı bunu göstərəcək. Biz ümumiyyətlə, bu cür matçlara kompleksli yanaşırıq. Təbii ki, penaltilərə də hazırlaşırıq. Qapıçımızdan, onun qapını necə qorumasından çox şey asılıdır.
Qeyd edək ki, saat 20:00-da start götürəcək “Qarabağ” – “Rakuv” matçı Bakı Olimpiya Stadionunda keçiriləcək.