PSJ futbolçusunu icarəyə göndərib
07.08.2024 - 10:38
PSJ futbolçusunu icarəyə göndərib

PSJ-nin yarımmüdafiəçisi Renato Sançes karyerasını ölkəsində davam etdirəcək. 

Apasport.az xəbər verir ki, portuqaliyalı futbolçu "Benfika"ya icarəyə verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı dayaq yarımmüdafiəçisi 2024/2025 mövsümünü Lissabon təmsilçisinin heyətində keçirəcək.

Qeyd edək ki, Renato Sançes ötən mövsüm icarə əsasında "Roma"da çıxış edib. Portuqaliya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0