Messiyə mükafat
21.10.2022 - 11:13
Messiyə mükafat

Lionel Messi növbəti mükafatını qazanıb.

Apasport.az saytının məlumatına görə, PSJ-nin hücumçusu Fransa Liqa1-də ayın oyunçusu seçilib.

Argentinalı futbolçu səslərin 57 faizini toplayıb. O, sentyabrda keçirdiyi 3 matçda 1 qol və 3 assistə imza atıb.

Qeyd edək ki, 35 yaşlı forvard cari mövsümün 14 matçında 8 dəfə özü fərqlənib, 8 dəfə komanda yoldaşlarına məhsuldar ötürmə verib.

writer photo
Əlirza Əlirzalı
0