45 yaşlı Buffona ərəb təklifi
02.07.2023 - 15:55
45 yaşlı Buffona ərəb təklifi

Canluici Buffon karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Apasport.az saytı xəbər verir ki, 45 yaşlı qapıçı adını açıqlanmayan klubdan təklif alıb.

O, təklifə müsbət cavab verməsə də, düşünmək üçün vaxt istəyib. Ərəbistan klubu qolkiperə illik 15 milyon avro ödəməyə hazırdır. Buffon son mövsümü İtaliyanın B seriyasında mübarizə aparan “Parma”da çıxış edib. Onun komandası pley-offda uduzaraq, A seriyasına yüksəlmək şansını itirib.

Qeyd edək ki, qapıçının “Parma” ilə bir illik müqaviləsi var.
 

writer photo
Əlirza Əlirzalı
0