"Roma" Mourinyunun Portuqaliya millisində işləməsinə qarşıdır
16.12.2022 - 23:13
"Roma" Mourinyunun Portuqaliya millisində işləməsinə qarşıdır

İtaliyanın "Roma" klubunun rəhbərliyi baş məşqçi Juze Mourinyunun klubda və Portuqaliya millisində eyni zamanda işləməsi ilə razılaşmayıb.

Apasport.az xəbər verir ki, Portuqaliya Futbol Federasiyasının rəhbərliyi Mourinyunun "Roma"da fəaliyyətini davam etdirməsinə qarşı deyildi. Bununla belə, italyanlar belə bir ssenarinin qəti əleyhinədir.

Qeyd edək ki, Juze Mourinyunun "Roma" ilə 2024-cü ilin yayınadək müqaviləsi var.

writer photo
Əlirza Əlirzalı
0