“Mançester Yunayted”də itki
25.08.2023 - 16:18
“Mançester Yunayted”də itki

“Mançester Yunayted”in futbolçusu Lük Şou zədələnib.

Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.

Müdafiəçi əzələsindəki problemlərdən əziyyət çəkir. O, qarşıdakı matçları buraxmalı olacaq.

Qeyd edək ki, Şounun yığmaların oyunları ilə bağlı fasilədən sonra meydana qayıdacağı gözlənilir.
 

writer photo
Əlirza Əlirzalı
0