Luis Suarez Uruqvay millisindəki karyerasını başa vurub
03.09.2024 - 10:24
Luis Suarez Uruqvay millisindəki karyerasını başa vurub

ABŞ təmsilçisi "İnter Mayami"nin uruqvaylı futbolçusu Luis Suarez millidəki karyerasını başa vurub.

Apasport.az xəbər verir ki, 37 yaşlı futbolçu bu barədə mətbuata açıqlamasında məlumat verib:

"Bu addımı düşündüm. Məncə, bu, ən uyğunudur. Son oyunumu rahat, yüngül oynamaq istəyirəm. Mən meydançaya çıxıb 2007-ci ildə olduğu kimi oynayacam".

Onun millidəki son oyunu sentyabrın 7-də Paraqvay millisinə qarşı olacaq. 

Qeyd edək ki, Suarez Uruqvay millisində 137 oyun keçirib. O, yığmanın heyətində 68 qol vurub, 39 məhsuldar ötürmə edib. 2011-ci ildə millinin tərkibində Amerika Kubokunun qalibi olub.

 

 

writer photo
Əlirza Əlirzalı
0