Müller rekordun bir addımlığında
09.10.2023 - 23:42
Müller rekordun bir addımlığında

Tomas Müller Bundesliqa rekordunun bir addımlığındadır.

Apasport.az xəbər verir ki, “Bavariya” – “Frayburq” matçı ev sahibi komandanın 3:0  hesablı qələbəsi ilə başa çatıb.

Bu görüşdə qeydə alınan nəticə 34 yaşlı futbolçunun karyerasında 322-ci qələbəsi olub.
Bununla da o, komanda yoldaşı Manuel Noyerin müəyyən etdiyi Bundesliqa rekordunu təkrarlayıb.
Noyerin hazırda zədəli olduğunu nəzərə alsaq, hücumameyilli yarımmüdafiəçi daha bir oyunda qazanılacaq qələbə ilə mütləq rekorda sahib ola bilər.

Qeyd edək ki, Bavariya VIII turda səfərdə “Maynz” klubunun qonağı olacaq. Görüş oktyabrın 21-də keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0