Kamerun Futbol Federasiyasının prezidenti Samuel Etoo daha bir xoşagəlməz hadisə ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, futbol veteranı danışılmış oyunların təşkilində şübhəli hesab olunur.
Onun ikinci liqada çıxış edən “Viktoriya Yunayted”in prezidenti ilə telefon danışığı üzə çıxıb. Etoo həmin vaxt ikinci liqanın aşağı pillələrində qərarlaşan komandanın yüksək dəstəyə çıxmaq hədəfindən danışıb.
Yekunda “Viktoriya Yunayted” 3-cü yeri tutub. Federasiyanın 2-ci pillədəki “Stad de Bertua”nı diskvalifikasiya etməsi “Viktoriya Yunayted”i yüksək dəstəyə daşıyıb.
Etoo bu ittihamları qəbul etmir: “Hakimlər Asssosiasiyasının prezidentinə zəng etdim. Ona dedim ki, futbola öz pullarını xərcləyən bir insana qarşı ehtiyatlı olsunlar və hakimlər onu öz qərarları ilə “öldürməsinlər”.
Qeyd edək ki, Etoo qızı Erika do Rosaio tərəfindən də ittiham olunur. O, 90 min avro alimenti verməyən atasının həbsini tələb edib.