Ali Sou daha bir il “Ankaragücü”ndə oynayacaq
13.06.2023 - 23:41
Ali Sou daha bir il “Ankaragücü”ndə oynayacaq

İcarə əsasında “Ankaragücü”ndə çıxış edən Ali Sou komandadakı çıxışını davam etdirəcək. 

Apasport.az saytı xəbər verir ki, qambiyalı hücumçu “Rostov”a qayıtmaqdan imtina edib.

“Rostov”la 2025-ci ilin yayınadək müqaviləsi olan Sou FİFA-nın qaydalarından istifadə edərək, klubdan ayrılmaq qərarına gəlib. O, növbəti biri ili də Ankara klubunda çıxış edəcək. Ali Sou bu barədə tvitterdə paylaşım edib.

Qeyd edək ki, forvard 32 oyunda 12 qol və 4 ötürmə edərək, komandanın əm məhsuldar oyunçusu olub.
 

writer photo
Əlirza Əlirzalı
0