“Barselona”da növbəti ayrılıq
23.10.2023 - 11:02
“Barselona”da növbəti ayrılıq

“Barselona” daha bir futbolçusunu satdığını açıqlayıb.

Apasport.az xəbər verir ki, Kataloniya təmsilçisi Estanislav Pedrolanın "Sampdoriya"ya keçidini rəsmiləşdirib.

20 yaşlı cinah oyunçusu avqustda İtaliya klubuna qoşulub. Bu komandada icarə əsasında çıxış edən ispanın keçidinə görə “Sampdoriya” qarşı tərəfə 
3 milyon avro ödəyəcək.

Müqavilədə yer alan maddəyə əsasən “Barselona” 2025-ci ilə qədər 7 milyon avro ödəyərək oyunçunu geri qaytara bilər.

writer photo
Əlirza Əlirzalı
0