“Çelsi” üçün 60 milyonluq hücumçu
19.10.2022 - 22:49
“Çelsi” üçün 60 milyonluq hücumçu

“Çelsi”nin transfer siyahısında yer alan hücumçulardan birinin adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Conatan Devidin xidmətində maraqlıdır.

London təmsilçisi hazırda “Lill”də çıxış edən kanadalını yanvarda heyətinə qatmağı planlaşdırır. Keçidin 60 milyon avroya başa gələcəyi gözlənilir.

Qeyd edək ki, cari mövsümdə 11 oyuna çıxan Conatan 9 qol və 2 asssitə imza atıb.

writer photo
Əlirza Əlirzalı
0