"Qalatasaray" azarkeşləri narahatdır: İkardinin nümayəndəsi "Real"la görüşüb
25.11.2023 - 20:40
"Qalatasaray" azarkeşləri narahatdır: İkardinin nümayəndəsi "Real"la görüşüb

Mauro İkardinin nümayəndəsi Elio Letterio Pino “Qalatasaray” azarkeşlərinin narahatlığına səbəb olacaq açıqlamalar verib.

Apasport.az xəbər verir ki, o, 31 yaşlı futbolçunun”Real”a transferi ilə bağlı ispanlarla görüşdüklərini deyib.

Madridə səfər etdiyini bildirən Pino “kral klubu”nun nümayəndələri ilə görüşdüyünü, hələlik hər hansı bir nəticə əldə olunmadığını deyib. Türkiyə mətbuatında argentinalı futbolçunun qışda Madrid təmsilçisinə transfer olunacağı xəbərləri yayıldıqdan sonra İkardi özü açıqlama verərək “Qalatasaray”da xoşbəxt olduğunu bildirib.

Qeyd edək ki, bu mövsüm 20 matçda meydana çıxan İkardi 15 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb/

writer photo
Əlirza Əlirzalı
0