“Böyük dəbilqə”: Uşangi Kokauri gümüş medal qazanıb
13.10.2024 - 20:11
BƏƏ-nin Abu-Dabi şəhərində təşkil olunan cüdo üzrə “Böyük dəbilqə” turniri başa çatıb.
Apasport.az xəbər verir ki, son yarış günündə 4 Azərbaycan idmançısı tatamiyə çıxıb.
100+ kq çəki dərəcəsində Uşanqi Kokauri Esleken Kedo (Filippin) ilə görüşdə qalib gəlib. Təmsilçimizin növbəti rəqibi serbiyalı İqor Vrançar olub. Bu görüşü də qələbə ilə başa vuran təmsilçimiz yarımfinala yüksəlib. Bu mərhələdə Yelle Snippeyə (Niderland) qalib gələn Kokauru finalda Valeri Endotovskiy (AİN) ilə qarşılaşıb. Burda məğlub olan Uşangi gümüş medal qazanıb.
0
0