“Sumqayıt” və “Araz”dan qələbə
24.12.2023 - 22:58
“Sumqayıt” və “Araz”dan qələbə

Əvəzedici Liqada 18-ci turun növbəti oyunları keçirilib.

Apasport.az xəbər verir ki, “Sumqayıt-2” “Səbail-2” ilə qarşılaşıb.

“Gənclik şəhəri” təmsilçisi rəqibinə 2:1 hesabı ilə qalib gəlib.

“Turan Tovuz-2” isə evdə “Araz-Naxçıvan-2” kollektivinə 1:2 hesabı ilə uduzub.

“Sumqayıt-2” – “Səbail2-“ 2:1
Qollar: Nihad Əhmədzadə, 14, 82 // Ülvü Mədətov, 90

“Turan-Tovuz-2” – “Araz-Naxçıvan-2” 1:2
Qollar: Cavid Qasımov 4 – Bayrəməli Qurbanov 61, Rauf Ağasənov 71

writer photo
Əlirza Əlirzalı
0