Ərəblər Obameyanqı da aparır
13.06.2023 - 12:20
Ərəblər Obameyanqı da aparır

Daha bir futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Apasport.az saytı xəbər verir ki, "Çelsi"nin hücumçusu Pyer-Emerik Obameyanq da ərəblərin diqqət mərkəzinə düşüb.

Yarımadanın dörd komandası 33 yaşlı qabonluya eyni vaxtda elçi düşüblər. Londonlularla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulan forvardın klubdakı durumundan narazı olduğu bildirilir. Ehtiyatda oturmaq istəməyən Obameyanqın təklifi qəbul edəcəyi gözlənilir.  

Qeyd edək ki, Obameyanq ötən mövsüm 21 oyunda 3 dəfə fərqlənməyi bacarıb.

writer photo
Əlirza Əlirzalı
0