Paris-2024: 6-cı günün proqramı
01.08.2024 - 09:36
Paris-2024: 6-cı günün proqramı

Paris Yay Olimpiya oyunlarında yarışlar davam edir.

Apasport.az xəbər verir ki, Azərbaycan millisi bu gün 3 yarışda təmsil olunacaq.

Boksçumuz Alfonso Dominqes 1/4 final görüşünə çıxacaq. O, qalib gəlsə, mükafatçılar sırasında yerini təmin edəcək.

Daha bir medal ümidimiz Zelim Kotsoyev də tatamiyə çıxacaq.

Basketbolun 3x3 növündə yarışan qadınlardan ibarət millimiz isə 2 oyun keçirəcək. 

1 avqust

12:00. Cüdo, kişilər, 100 kq
1/8 final
Zelim Kotsoyev – Pyotr Kuçera (Polşa)/ Tomas Briçeno (Çili) cütünün qalibi

14:30. Basketbol 3x3, qadınlar
II tur
Azərbaycan – Fransa

19:54. Boks, kişilər, 92 kq
1/4 final
Alfonso Dominqes – Aybek Oralbay (Qazaxıstan)

20:30. Basketbol 3x3, qadınlar
III tur
Almaniya – Azərbaycan

writer photo
Əlirza Əlirzalı
0