“Tottenhem”in baş məşqçi postuna gətirmək istədiyi mütəxəssis bəlli olub.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubu sabiq çalışdırıcısı Maurisio Poçettinonu geri qaytarmağa qərar verib.
Argentinalı mütəxəssislə danışıqlar başlayıb. O, mövsümün sonunda müqaviləsi bitdikdən sonra postunu tərk edəcək Antonio Konteni əvəzləməlidir.
Əgər Poçettino ilə danışıqlar müsbət nəticə verməsə, İngiltərə təmsilçisi Tomas Tuxel variantını gerçəkləşdirməyə çalışacaq. Hazırda hər iki məşqçi klubsuz olduğu üçün onlardan birinin klubun “sükanı arxası”na keçəcəyi gözlənilir.
Qeyd edək ki, Poçettino 2014-19-cu illərdə “Tottenhem”in baş məşqçisi olub.