"Ultimate Azerbaijan" ilk dəfə Azərbaycanı təmsil edəcək
05.11.2023 - 14:21
"Ultimate Azerbaijan" ilk dəfə Azərbaycanı təmsil edəcək

"Ultimate Azerbaijan" komandası oyun tarixində ilk dəfə Azərbaycanı təmsil etmək üçün "MENA Ultimate Tournament" Yaxın Şərq üzrə Regional Çempionatında iştirak edəcək.

Çempionata 15 ölkədən 20 komanda qatılır. Yarış 10-11 Noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək. 

"Ultimate Azerbaycan" komandası yarışa 5 xanım, 11 bəy olmaqla 16 nəfərlik komanda üzvü ilə qoşulur. Komandada 2 legioner - Adyl Bagirov və Siobhan Catherine yer alır.

Qeyd edək ki, "Ultimate Azerbaycan" komandası 2 ildir yaradılıb və ilk dəfə beynəlxalq yarışda iştirak hüququ əldə edib.

writer photo
Əlirza Əlirzalı
0